Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vətən uğrunda şəhid olanlar unudulmayacaq

0

  •          Oktyabrın 27-sində Vətən müharibəsi şəhidimiz Məmmədov Elnur Xurşud oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə Xocalı rayon ictimaiyyətinin nümayəndələri, şəhidimizin ailə üzvləri ilə birgə Gəncə Şəhər Şəhidlər Xiyabanına gələrək şəhidimizin məzarını ziyarət etdilər, şəhidlərimizə ehtiram əlaməti olaraq məzarları önünə gül dəstələri düzdülər, ruhlarına dualar oxudular.        Çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva şəhidimizin atası Xurşud əmi ilə həmsöhbət olaraq bildirdi ki, Elnur kimi mərd, igid oğulları vətənpərvər ruhda böyüdüb, əsl vətəndaş kimi yetişdirdiyiniz üçün sizin kimi valideynlərə hər zaman borcluyuq. Şəhidlik sözü xocalılar üçün yad kəlmə deyil. Mən də şəhid qızıyam. Xocalıdan elə bir insan, elə bir ailə yoxdur ki, şəhidi olmasın. Bütün xocalılar Xocalı soyqırımının müsibətini yaşayıb. Bu gün biz qürurluyuq, başımız ucadır. Ona görə ki, Vətən müharibəsində qəhrəman oğullarımız şəhidlərimizin qisasını aldı. Təbii ki, bu qələbəni qazandıran amillər Cənab Prezidentimizin qətiyyəti, döyüşçülərimizin qəhrəmanlıqları və xalqımızın ölkə başçısının, ordumuzun ətrafında sıx birləşməsi oldu.      Lamiyə Qarayeva vurğuladı ki, şəhid ailələrinin, qazilərin, döyüşçülərimizin hər zaman yanlarında olmağımız bizim bitməyən mənəvi borcumuzudur. Hər bir Azərbaycan vətəndaşı bu məsuliyyəti yetərincə dərk edir.            Mərasim iştirakçıları daha sonra Gəncə Şəhər Şəhidlər Xiyabanında dəfn edilmiş Birinci Qarabağ müharibəsinin Xocalı rayon Kosalar kəndindən olan "Azərbaycan Bayrağı" ordenli şəhidi Əsgərov Xəzani Kərəm oğlunun və 2000-ci ildə şəhidlik zirvəsinə ucalan Hümbətov Araz Rəsul oğlunun da məzarlarını ziyarət edərək ehtiramlarını bildirdilər.       Sonda şəhid Elnur Məmmədovun adına ehsan süfrəsi açıldı.         Qeyd edək ki, Məmmədov Elnur Xurşud oğlu 1982-ci il oktyabrın 21-də Gəncə şəhərində anadan olmuşdur. Elnur 3 yaşında olarkən ailəsi Ağdama köçmüşdür. O, 1990-cı ildə Ağdam rayon 1 nömrəli orta məktəbə getmişdir. 1993-cü ildə Ağdam rayonu işğal olunduqdan sonra Məmmədovlar ailəsi yenidən Gəncə şəhərində məskunlaşıb. Elnur həmin il Gəncə şəhəri 16 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 2000-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 2004-cü ildə həmin texnikumu bitirdikdən sonra ordu sıralarına xidmətə getmişdir. 2005-ci ildə xərbi xidməti bitirmişdir. 2005-2014-cü illər ərzində Gəncə şəhərində çörəkçi işləyib. 2014-cü il iyul ayının 15-dən Göygöl rayonunun Toğanalı kəndində yerləşən “N” saylı hərbi hissənin taborlarından birinin tağımında manqa komandiri vəzifəsində işləyib. Xocalı rayon Kosalar kənd İƏD-si üzrə nümayəndəliyin qeydiyyatındadır.2016-cı il Aprel döyüşlərində Elnur Məmmədov igidliklə iştirak etmişdir. Aprelin ayının 3-dən 9-nadək Goranboy rayon Tapqaraqoyunlu kəndi istiqamətində gedən uğurlu döyüş əməliyyatlarında iştirak etmişdir.       Döyüş əmrini səbrsizliklə gözləyən Elnur Məmmədov Vətən Müharibəsi başlanan zaman sevinc və qisas hissi ilə öz silahına sarılaraq irəli atıldı. Elnur Məmmədov oktyabrın 26-da şəhidlik zirvəsinə ucalaraq Şanlı Zəfər tarixinə adını yazdırdı.      Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən, Məmmədov Elnur Xurşud oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.      Ailəli idi. İki oğlu - Vahid və Yusif Vətənə əmanət qalıb.      Məkanı cənnətdir, ruhu şad olsun.  
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib45 dəfə
    Vətən uğrunda şəhid olanlar unudulmayacaq

    Maraqlı gələ bilər